CƏMİYYƏT


Beyləqanda şəhid Mirtalıb Ağazadə ilə vida mərasimi keçirilib

Dövlət sərhəddində düşmən təxribatının qarşısını alarkən şəhid olan Ağazadə Mirtalıb Heydər oğlu Beyləqan şəhidlər xiyabanında dəfn edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan hərbi birləşmələrinin Azərbaycan dövlət sərhəddində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Müddətdən Artıq Həqiqi Hərbi Xidmətçi Ağazadə Mirtalıb Heydər oğlunun nəşi bu gün doğma kəndinə gətirilib. Şəhidin böyüyüb boya başa çatdığı evdə vida mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları, veteran və qazilər iştirak ediblər.