CƏMİYYƏT


Şəhid gizir İsmayıl Budaqlı Sabirabadda dəfn olunub

Dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan gizir Budaqlı İsmayıl Məhərrəm oğlu doğma yurdu Sabirabadda böyük izdihamla son mənzilə yola salınıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan dövlət sərhədində Ermənistan hərbi birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan İsmayıl Budaqlının dəfn mərasimi olub. Şəhidin nəşi doğulub boya başa çatdığı evə gətirilib.