MƏDƏNİYYƏT


Yay mövsümündə İsmayıllıya hansı ölkələrdən turist gəlib? REPORTAJ

Artıq yay öz yerini payızla əvəzlədi. Bununla da yay turizmi öz işinə yekun vurdu. Maraqlıdır, bəs, yay boyunca ölkəmizə gələn qonaqlar daha çox hansı bölgələrimizə səfər edib?
AZƏRTAC xəbər verir ki, yay aylarında, eləcə də bayram günlərində yerli və xarici qonaqların üz tutduqları bölgələrdən biri də İsmayıllıdır. Rayonun uca dağları, sıx meşələri, təmiz havası, çayları, gölləri, şəlalələri, tarixi abidələri, həmçinin milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran və müasir otelçilik xidmətləri gələn qonaqların ürəyincə olub.