Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistanda beynəlxalq festivalda ölkəmiz də təmsil olunub

26.09.2022 [11:19]

Xəbərin mətni

Özbəkistanın Daşkənd şəhərindəki Mirzo Uluqbek adına Mərkəzi parkda bu ölkəyə akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, mədəniyyət mərkəzləri arasında XVIII “Mədəni ənənələr və xalqların milli mətbəxi” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi beynəlxalq festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.