CƏMİYYƏT


Astaranın dillər əzbəri olan məşhur məkanı: “Yanar bulaq”

Ölkəmizin bir çox bölgəsində zəngin mineral tərkibi, müalicəvi əhəmiyyəti ilə seçilən çoxlu bulaqlar var. Onlardan biri də Astara rayonundakı “Yanar bulaq”dır. Ərçivan qəsəbəsində yerləşən bulağın suyunu möcüzəli su adlandırırlar. Bu bulaq həm də özünəməxsus digər bir xüsusiyyəti - alovlanmağı ilə görənləri təəccübləndirir. Elə buna görə də el arasında “Yanar bulaq” kimi tanınır.AZƏRTAC xəbər verir ki, bu suyun tərkibində çoxlu miqdarda kükürd və metan qaz olduğundan məşəl kimi alovlanır.