CƏMİYYƏT


İmişlidə baş verən qəzada dörd nəfər yaralanıb

İmişlidə yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı sürücü və üç nəfər sərnişin xəsarət alıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Göbəktala kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Nəsirov Sevindik Məhərrəm oğlu idarə etdiyi 99-ZU-786 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxıb. Hadisə zamanı sürücü və avtomobildə olan 1998-ci il təvəllüdlü üç sərnişin, Rüstəmov Şəfi Etibar oğlu, Hüseynli Xankişi Tofiq oğlu, Şükürov Cahid Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.