MƏDƏNİYYƏT


Azərbaycanlı rəssamın Qaziantepdə açılan fərdi sərgisi rəsmsevərlərin zövqünü oxşayır

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər bir çox sənət adamına yeni yaradıcılıq uğurları üçün mənəvi stimul olub. Türkiyədə yaşayıb-yaradan tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyev də Zəfər mövzusuna həsr edilmiş yeni kolleksiya üzərində işləyir.