Azərbaycan Dövlət İnformasiya Agentliyi

İspaniya La Liqası: "Barselona" növbəti qələbəsini qazanıb

30.10.2022 [13:51]

Xəbərin mətni

Futbol üzrə İspaniya La Liqasının 12-ci turunun növbəti oyunu keçirilib.AZƏRTAC xəbər verir ki, "Valensiya" ilə qarşılaşan "Barselona" klubu rəqibini səfərdə 0:1 hesabı ilə məğlub edib. Yeganə qolu ikinci hissəyə əlavə olunan vaxtın üçüncü dəqiqəsində Robert Levandovski vurub.