İQTİSADİYYAT


Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycanın İqtisadiyyat və Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Forumda iki qardaş ölkənin hökumət nümayəndələri, qida, tikinti, nəqliyyat, logistika, sənaye, İKT, tekstil və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.