İDMAN


Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi olub

2023-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu məqsədlə, eləcə də ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Gənclər və İdman Nazirliyi dövlət qurumları arasında minifutbol turniri təşkil edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilən turnir noyabrın 18-də start götürüb.