Anar Allahverdiyev: “Vugar Gashimov Memorial-2022” superturnirində elit şahmatçılar mübarizə aparacaqlar
24.11.2022 [17:57]
Xəbərin mətni
Dekabrın 17-dən 24-dək Bakıda dahi şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək. Sayca səkkizinci dəfə təşkil olunacaq turnir dairəvi sistem üzrə baş tutacaq, əsasən elit şahmatçılar mübarizə aparacaqlar.