Salyan, Neftçala və Sabirabad rayonlarının 15-ə yaxın kəndində arx və kanallar lildən təmizlənir
07.12.2022 [11:26]
Xəbərin mətni
Salyan, Neftçala və Sabirabad rayonlarının 15-ə yaxın kəndində arx və kanallarda lildən təmizləmə işləri davam edir.Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, 1977-ci ildən fəaliyyətə başlayan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan, Neftçala və Sabirabad rayonlarında 132500 hektar əkin sahəsinə xidmət edir.