Mənzil sahibləri ödədikləri ƏDV-ni geri ala biləcəklər
07.12.2022 [16:46]
Vətəndaşlar bina tikintisi ilə məşğul olan şəxslərdən mənzil aldıqda ödədikləri əlavə dəyər vergisinin 30 faizini geri ala biləcəklər. Milli Məclisin deputatı Vüqar Bayramov bu məsələ ilə bağlı AZƏRTAC-a ətraflı məlumat verib. O bildirib ki, ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak sahələrinin yalnız nağdsız alış formasına şamil olunur. Ekspert əlavə edib ki, kreditlə alınan əmlaka görə ƏDV-nin geri qaytarılması yalnız tam ödənişdən sonra mümkündür.