İQTİSADİYYAT


Cəlilabadda artezian quyularına tələbat artır

Respublikada aparılan genişmiqyaslı meliorasiya işlərinə yeni infrastruktur layihələri böyük dəstək verir. Bu baxımdan subartezian quyularının qazılmasının da xüsusi əhəmiyyəti var. Əsasən dəmyə əkinçiliyinin üstünlük təşkil etdiyi Cəlilabadda belə quyuların sayı 106-ya çatıb.AZƏRTAC xəbər verir ki, mövsümi işlərlə bağlı Cəlilabadın kəndlərində də canlanma var. Zəhmət adamları rayonda təkcə taxılçılıq üzrə 72 min hektara yaxın sahədə əkin aparırlar.