Kanallarda elektron su ölçmə cihazları quraşdırılıb
13.12.2022 [11:56]
Xəbərin mətni
Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsinin balansında olan kanallarda elektron su ölçmə cihazları quraşdırılıb. Bu cihazlar vasitəsilə suyun dəqiq miqdarını ölçmək mümkün olacaq.Bu barədə AZƏRTAC-a Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.