Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saatlıda salınan intensiv heyva bağının məhsulu xaricə ixrac olunur

16.12.2022 [17:00]

Xəbərin mətni

Saatlıda Türkiyədən gətirilən “Eşmə” heyva növü yetişdirilib. Hazırda bağda yığım aparılır və ilk məhsul ilində hələlik 120 tondan çox meyvə toplanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, intensiv heyva bağı 2020-ci ildə Saatlı rayonunun Qaralar kəndi ərazisində salınıb və bu il bağdan ilk dəfə məhsul yığılır.