İQTİSADİYYAT


Göyçayda növbəti suvarma mövsümünə hazırlıq görülür

Göyçay Suvarma Sistemləri İdarəsinin balansında olan baş su götürücü qurğu üzərində yeni, müasir su ölçən cihaz quraşdırılıb.
İdarənin rəisi Şakir Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ayrı–ayrı mənbələrdən suvarma suyunu götürərək su istifadəçilərinə çatdırılması məqsədi ilə idarənin balansında olan 206 kilometrə yaxın təsərrüfatarası kanal və 1517 kilometrə yaxın təsərüfatdaxili kanallardan istifadə olunur. Təsərrüfatlararası kanallar üzərində 613 ədəd, təsərrüfatdaxili kanallar üzərində isə 1273 ədəd hidrotexniki qurğu var. Bundan başqa, idarənin balansında olan baş su götürücü qurğu üzərində yeni, müasir su ölçən cihaz quraşdırılıb.