İQTİSADİYYAT


Ərzaq daşıyan avtomobildə külli miqdarda narkotik vasitə aşkar edilib

Naxçıvan Baş Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Belə ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına qarışıq ərzaq malları aparan “DAF” markalı avtomobil saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub.