Üzüm bağından yaxşı məhsul əldə etmək üçün düzgün budama aparmaq vacibdir
26.12.2022 [11:26]
Xəbərin mətni
Üzüm bağlarının qış becərilməsi gələcək yüksək məhsul üçün mühüm şərtdir və bu məqsədlə hazırda Cəlilabad rayonunun üzüm plantasiyalarında mühüm aqrotexniki tədbir olan quru budama işləri aparılır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsulun əsasını təşkil edən bar zoğlarının seçilib-saxlanılmasında təcrübəli üzümçülərlə yanaşı, mütəxəssis tövsiyələrindən də istifadə olunur.