Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçala rayonunda daha bir avtomobil yolu yenidən qurulub

26.12.2022 [18:46]

Xəbərin mətni

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələrindən biri də Neftçala rayonunda Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolunun yenidən qurulmasıdır.Agentliyin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.