Azərbaycanda yetişdirilmiş 1 milyona yaxın yerli tut tingi fermerlərə paylanıb
27.12.2022 [12:04]
Xəbərin mətni
Baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə yerli şəraitə uyğunlaşmış tut (çəkil) tinglərinin istehsalı davam edir. Kompleks tədbirlər çərçivəsində bu il 1 milyona yaxın yerli tut tingi istehsal olunaraq əkin üçün hazırlanıb. Tinglərin baramaçılıq rayonlarının ərazisində, kümçülük təsərrüfatlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış meşə zolaqlarında əkini nəzərdə tutulur.