Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam Sənaye Parkı rayonun yenidən qurulmasında mühüm rol oynayacaq

27.12.2022 [12:52]

Xəbərin mətni

Dam örtükləri, dəmir-beton məmulatlar, izolyasiyalı panellər, havalandırma, yanğınsöndürmə avadanlıqları, polimer məhsullar, Günəş enerjisi ilə qidalanan işıq dirəkləri və digər qurğular... Ağdam Sənaye Parkının rezidentlərinin istehsal edəcəkləri bu məhsullar rayonda aparılan tikinti-quruculuq işlərində istifadə olunacaq. AZƏRTAC-ın bölgə müxbiri Ağdam Sənaye Parkına gedərək, burada görülən işlərlə tanış olub.