Sahibkarlıq subyektlərinin 99 faizi KOB-lardan ibarətdir
28.12.2022 [15:05]
Xəbərin mətni
İqtisadiyyatda KOB-ların rolu xeyli artıb. Sahibkarlıq subyektlərinin 99 faizi KOB-lardan ibarətdir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dekabrın 28-də "Dayaq" mükafatının təqdim etmə mərasimində deyib.