Azərbaycan Dövlət İnformasiya Agentliyi

“PAŞA Holding” 18 yaşadək şəhid övladları üçün tibbi sığorta proqramına başlayır

30.12.2022 [13:20]

Xəbərin mətni

“PAŞA Holding” 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabrındakı erməni təxribatları zamanı şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladlarına sosial dəstək çərçivəsində tibbi sığorta proqramına başlayır.
AZƏRTAC xəbər verir ki, “PAŞA Sığorta” tərəfindən təmin olunan sığorta proqramı yanvarın 1-dən tətbiq ediləcək.