Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə layihəsi təqdim olunub

01.01.2023 [15:22]

Xəbərin mətni

İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Ritm” rəqs qrupu ilə birgə yeni layihəsi təqdim edilib. AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə hazırlanan videoçarx “Ritm” rəqs qrupunun Avropaya turu çərçivəsində ərsəyə gəlib.