İQTİSADİYYAT


Biləsuvarda istehsal olunan pambıqdan yüksəkkeyfiyyətli mahlıc emal edilir

Biləsuvarda ötən il əkilən 7460 hektara yaxın pambıq tarlalarından indiyədək 17 min tondan çox keyfiyyətli pambıq toplanılıb. Hazırda rayonun pambıq qəbulu və emalı müəssisələrində dünya bazarı üçün yüksəkkeyfiyyətli mahlıc istehsal edilir. AZƏRTAC xəbər verir ki, ötən il tədarükçü şirkətlərin alış qiymətini iki dəfə yüksəltməsi bu sahəyə marağı da artırıb.