İQTİSADİYYAT


Lənkəran Melioservis İdarəsi: Keçən il 170 min kubmetrdən çox torpaq işləri görülüb

Keçən il Lənkəran Melioservis İdarəsi tərəfindən Lənkəran və Astara rayonlarında əkin sahələrinin suvarılması uğurla təmin olunub. Kəndlərdə su ötürücüləri, drenajlar təmizlənib, 160 min kubmetrdən çox torpaq işləri görülüb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Lənkəran Melioservis İdarəsinin rəisi Tarverdi Əhmədov məlumat verib.