İDMAN
İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib
06.01.2023 [17:07]
Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib. AZƏRTAC İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bu gün 58 yaşında dünyasını dəyişib. Viallı 2017-ci ildən mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı. Vialli futbolçu karyerası ərzində "Sampdoriya", "Yuventus", "Çelsi" və "Kremoneze"də oynayıb. O, baş məşqçi Roberto Mançinin köməkçisi kimi İtaliya seçməsi ilə “Avro-2020”nin qalibi olub. Futbolçu olaraq isə “Avro-1988”də və 1990-cı ildə İtaliyanın ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.02.2023 [20:30]
03.02.2023 [16:58]
03.02.2023 [14:53]
03.02.2023 [12:27]
04.02.2023 [13:38]
02.02.2023 [11:40]
04.02.2023 [19:10]
04.02.2023 [15:03]
30.01.2023 [15:12]
26.01.2023 [21:07]
31.01.2023 [11:04]
04.02.2023 [19:26]
04.02.2023 [15:19]