AAYDA hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində çalışıb
13.01.2023 [18:17]
Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışıb.
Yollarda yarana biləcək hər-hansı problemi qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində zəruri tədbirlər həyata keçirilib.