DÜNYA


Müstəqillik arzusu ilə qovurulan “Gözəllik adası” – Korsika

Bütün həyatı boyu Fransanın və hətta Avropanın hələ də faydalandığı institutların, islahatların, Fransa Bankı, Şərəf Legionu və İmperator Universitetinin, bakalavr dərəcəsinin yaradılması, eləcə də Fransanın bütün ərazisində qanunların tətbiqini ümumiləşdirən Mülki Məcəllənin hazırlanmasının təşəbbüskarı olmuş, cəsarətinə görə sevilən, despotizminə görə nifrət edilən Napoleonun doğma yurdu Korsika adası bu gün müstəqilliyi uğrunda mübarizə aparır.