CƏMİYYƏT
Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır
17.01.2023 [15:33]
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və son mərhələ üzrə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, avtomobil yolunun uzunluğu 12 kilometrdir. Birinci texniki dərəcəli olacaq bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21.5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
29.01.2023 [22:55]
28.01.2023 [14:51]
25.01.2023 [19:35]
19.01.2023 [11:33]
26.01.2023 [21:07]
28.01.2023 [15:11]
30.01.2023 [06:04]