İQTİSADİYYAT


Gecə saatlarında yeni piyada keçidinin aşırım hissəsi montaj edilib

Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Zığ dairəsinin yaxınlığında yeni yerüstü piyada keçidinin tikintisi davam edir. Layihəyə uyğun olaraq bu gecə keçidin aşırım hissəsinin metal konstruksiyasının montajı həyata keçirilib.
Keçidin uzunluğu 52.55 metr, aşırım hissəsinin uzunluğu 46.95 metr, eni 2.83 metr, pilləkənlərin eni isə 2.7 metr təşkil edir.
Yol səviyyəsindən hündürlüyü 5.7 metr təşkil edən keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.