İDMAN


Ronaldo Ərəbistanda debüt edib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerli "Əl-Hilal" və "Əl-Nəsr" komandalarından ibarət birgə kollektivlə PSJ arasında özəl oyun baş tutub.
Matçda Kriştianu Ronaldo Ərəbistanda debüt edib. O, debüt matçında bəlkə də sonuncu dəfə Lionel Messiyə rəqib olub.
Bu görüşdə daha güclü olan Fransa təmsilçisi 5:4 hesabı ilə qalib gəlib.
Matçdan sonra biri penaltidən olmaqla, dubl etmiş Kriştianu Ronaldoya "Matçın ən yaxşısı" mükafatı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır