İQTİSADİYYAT


Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rahat gediş-gəlişin təmin olunması məqsədilə paytaxtın Nəsimi rayonu ərazisində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissələrində təmir işləri aparır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, yerində yeni asfalt-beton örtüyün salınması işlərinə başlanılıb.