CƏMİYYƏT


Beyləqanın Əmirzeyidli kəndinin yol problemi bu il həllini tapa bilər

Beyləqanın Əmirzeyidli kənd sakinləri yol sarıdan çətinliklə üzləşiblər. Sakinlər 8 kilometr yolu qət etmək üçün həm xeyli vaxt itirir, həm də əlavə xərc çəkirlər. Əmirzeyidli kəndi ilə şəhər mərkəzi arasındakı məsafə isə 25 kilometrdir. AZƏRTAC xəbər verir ki, uzun illərdir kəndin yolunda əsaslı təmir işləri aparılmadığına görə yol dağılıb, çuxurlar əmələ gəlib. Mövcud vəziyyət kənddə böyükdən-kiçiyə hər kəsi narahat edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır