CƏMİYYƏT


“Ermənilər kəndimizə köçürüləndən sonra qara günlərimiz başladı...” - Göyərçin nənə

“Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə səsləndirdiyi bu sözlər 90 yaşlı Göyərçin nənənin də sevincinə səbəb olub.