CƏMİYYƏT
Xaçmazda il ərzində 150 ton şampinyon yetişdirilən müəssisə
25.01.2023 [12:32]
Xaçmazda fəaliyyət göstərən müəssisədə il ərzində 150 ton yeməli göbələk növlərindən olan şampinyon yetişdirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Çarxı kəndindəki müəssisədə istehsal olunan məhsul Xaçmazla yanaşı, Quba, Qusar və Sumqayıtda satışa çıxarılır. Sahibkar Ənvər Haqverdiyev bildirir ki, müəssisəni 7 ildir qurublar. İlk illərdə gəlir əldə etmək mümkün olmasa da, indi müəssisə qazanc gətirir. Göbələk əkildikdən sonra bir ay ərzində 3 dəfə məhsul toplanılır. 300 kvadratmetr sahəsi olan istehsalat otağından üç dəfəyə 4 ton göbələk yığılır. Müəssisədə doqquz istehsalat otağı var. Hər il 4 dəfə göbələk yetişdirilməsini həyata keçirən sahibkar, ümumilikdə, 140-150 ton məhsul götürür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
02.02.2023 [20:31]
02.02.2023 [20:26]
02.02.2023 [11:40]
02.02.2023 [16:40]
25.01.2023 [19:35]
19.01.2023 [11:33]
30.01.2023 [15:12]
26.01.2023 [21:07]
31.01.2023 [11:04]
30.01.2023 [15:07]
30.01.2023 [13:10]
02.02.2023 [11:57]
02.02.2023 [11:47]
03.02.2023 [06:55]