İQTİSADİYYAT


Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 146 milyon manat güzəştli kredit verilib

Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 149,5 milyon manat güzəştli kredit verilib. AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 25-də Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O.Xaliyev bildirib ki, kreditlərin 71 faizi kiçik və orta sahibkarlıq subyektlərinə, 70 faizi regionlara ayrılıb.