Beyləqanda 2200 hektar sahənin suvarılmasında istifadə olunan kanala beton üzlük çəkilib
27.01.2023 [14:45]
Xəbərin mətni
Beyləqan rayonunda P3 kanalının beton üzlüyə alınması kanal boyu sahələrin suvarılmasına müsbət təsir göstərib. 2022-ci ildə 1,3 kilometr beton üzlük çəkilməsi də daxil olmaqla, artıq kanalın 5,5 kilometr hissəsi betonlanıb.