Tovuzda əl işlərindən və kiçik istehsaldan ibarət satış-sərgi keçirilib
30.01.2023 [10:50]
Xəbərin mətni
USAID Azərbaycanın Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən Tovuz rayonu Nizami Gəncəvi adına Mədəniyyət Evində əl işlərindən və kiçik istehsaldan ibarət satış-sərgi keçirilib. AZƏRTAC xəbər verir ki, sərgidə Gəncə, Şəmkir, Gədəbəy, Tovuz, Naftalan, Daşkəsən, Göygöl, Qazax və Ağstafadan olan mikro və kiçik sahibkar qadınlar öz məhsullarını sərgiləyiblər.