İQTİSADİYYAT


Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub

Dövlət başçısının Sərəncamına əsasən Daşkəsən rayonunun uzunluğu 31 kilometr olan Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. Yol IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilib.