Azərbaycan Dövlət İnformasiya Agentliyi

Banklarda əmanətlərə verginin hesablanması necə həyata keçəcək?

02.02.2023 [19:18]

2016-cı ildə verilən qərara əsasən vətəndaşların banklardakı əmanətləri 7 il müddətinə vergidən azad olunmuşdu. 2023-cü il fevralın 1-də bu güzəşt başa çatıb. Mərkəzi Bankın qərarına əsasən bundan sonra banklara qoyulan bütün əmanətlərin depozit gəlirlərindən 10 faiz vergi tutulması həyata keçiriləcək.