İQTİSADİYYAT


Magistral avtomobil yolunda daha bir piyada keçidi inşa edilir

Magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46,9-cu kilometrində yerüstü piyada keçidinin inşası sürətlə davam etdirilir.