Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir laboratoriya və istixana kompleksi istifadəyə verilib - il ərzində 2 milyon ting yetişdiriləcək

07.02.2023 [12:23]

Xəbərin mətni

Azərbaycanda son illər intensiv və superintesiv bağçılıq sürətlə inkişaf edir. Bununla bağlı prioritet məsələlərdən biri tələb olunan sayda müasir standartlara uyğun yüksək keyfiyyətli əkin materialının istehsal edilməsidir. Ölkəmizdə il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir.