Xəzər dənizində zəlzələ baş verib
15.02.2023 [18:05]
Xəbərin mətni
Fevralın 15-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 15:42-də qeydə alınan zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.