İQTİSADİYYAT


Polietilen torbalar ödənişli oldu - Nə dəyişəcək?

Marketlərdə alıcılara daşınma üçün verilən polietilen torbalar bu gündən ödənişlidir. Nazirlər Kabinetinin 2021-ci ilin 2 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər xidmət növlərinin göstərilməsi Qaydaları”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, istehlakçılar tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan, qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir. Ekologiya və təbi sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə yeni qərarın ekologiya və ətraf mühit üçün faydalı olacağını vurğulayıb.