İQTİSADİYYAT


Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədilə respublikanın yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 19-cu kilometrindən ayrılan Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba marşrutu üzrə avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu layihəsinin icrasına start verilib.