Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq
21.02.2023 [17:10]
Fevralın 23-ü axşam saatlarından etibarən başlayan yağıntının 24-də sulu qara keçəcəyi gözlənilir. Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq. Bunu AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.