İQTİSADİYYAT


Cəbrayıl Sənaye Parkında ilk müəssisə bu il fəaliyyətə başlayacaq

Tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiyalar...

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bu məhsulları istehsal edən müəssisələrin təşkili nəzərdə tutulur. Logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələri Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.