CƏMİYYƏT


Pensiyaların yenidən hesablanması qaydası dəyişdi

Nazirlər Kabinetinin yeni qərarına əsasən Əmək pensiyalarının verilməsində bir sıra dəyişikliklər edilib. Belə ki, pensiyaların yenidən hesablanması ilə bağlı siyahı genişləndirilib. Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı departamentinin müdiri Eyvaz İsmayılov AZƏRTAC-a bildirib ki, əvvəlki qanunvericiliklə hərbi qulluqçular xidmətdən təxris olunduqdan müəyyən müddət sonra yenidən işlərinə qayıdardılarsa, növbəti dəfə təkrarən təxris olunduqda, onların 2-ci dəfə xidmət etdiyi dövr üçün pensiya hesablanması qanunla nəzərdə tutulmurdu. Yeni qanunvericiliyə əsasən bu mexanizmdə dəyişiklik edilib.